Polşa yığmasının futbolçusu Pyotr Zelinski “İnter”ə keçə bilər.
Sportnet.az xəbər verir ki, “Napoli” 29 yaşlı yarımmüdafiəçi ilə müqavilə müddətini artıra bilməyib.
Neapollularla polşalı oyunçu arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb. Bundan istifadə edən “İnter” Zelinskiyə mövsümlük 4,5 milyon avroluq 3 illik müqavilə təklif edib. Amma “Napoli” şanssız deyil. İtaliya mətbuatı daha sərfəli təkli alacağı təqdirdə, Pyotrun komandada qalacağını yazıb.
Qeyd edək ki, polşalı futbolçu 2016-cı ildən “Napoli”də çıxış edir. O, 2023/2024 mövsümündə komandanın heyətində 23 matçda meydana çıxıb.