
Əfsanəvi futbolçu və məşqçi Mario Zaqallonun vəfatı ilə əlaqədar Braziliyada üç günlük matəm elan edilib.
Sportnet.az xəbər verir ki, bu barədə Braziliya prezidenti Lula da Silva sosial şəbəkə hesabında paylaşım edib. O bildirib: "Əbədi Mario Xorxe Lobo Zaqallonun xatirəsinə ölkədə üç günlük rəsmi matəm elan edilib".
Qeyd edək ki, Zaqallo ötən gün 92 yaşında dünyasını dəyişib.
Zaqallo 4 dəfə Braziliya millisi ilə dünya çempionu olub. O, 1958, 1962-ci illərdə futbolçu, 1970, 1994-cü ildə isə baş məşqçi kimi mundialın qızıl medallarını qazanıb.
Zaqallo 1970-74 və 1994-98-ci illərdə “sambaçılar”ın baş məşqçisi olub. O, müxtəlif illərdə Braziliya klublarında və bir sıra ərəb ölkələrində çalışıb.