
Olivye Jiru mövsümdə 10-cu qolunu vurub.
Sportnet.az xəbər verir ki, “Milan”ın hücumçusu İtaliya A seriyasının XIX turunun “Empoli” ilə bugünkü matçında fərqlənib.
Bir qol vuran fransalı forvard 3:0 hesablı qələbədə pay sahibi olub. 37 yaşlı veteran ardıcıl 14-cü mövsümdə 10 və ya daha çox qol vurub. Jiru “Böyük beşlik” liqalarında debüt etdiyi 2010/11 mövsümündən indiyədək heç vaxt 10-dan az qola imza atmayıb.
Qeyd edək ki, Olivye cari mövsümdə “Milan”ın ən yaxşı bombardiridir.