
Türkiyə Superliqasında 16-cı turun təxirə salınmış oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor" "Qaziantep"i qəbul edib. Matç 0:0 hesabı ilə başa çatıb.
Renat da bu görüşdə iştirak edib. O, meydana 46-cı dəqiqədə çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, 19 turdan sonra 20 xal toplayan "Hatayspor" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. "Qaziantep" 21 xalla 14-cüdür. Turnir cədvəlinə 47 xalla (18 oyun) "Fənərbaxça" başçılıq edir.