“Napoli”nin yarımmüdafiəçisi Pyotr Zelinski klubu ilə müqaviləsinin müddətinin uzadılması haqda növbəti təklifi rədd edib.
Sportnet.az xəbər verir ki, polyak yarımmüdafiəçi Neapol klubunun rəhbərliyinə daha özünü “Napoli”də görmədiyi haqda bildirib.
29 yaşlı futbolçu “İnter”dən sərfəli təklif alıb və yayda azad agent qismində “neradzurri”nin düşərgəsinə keçmək qərarına gəlib.
Vurğulanır ki, “İnter”in Zelinskiyə 4,5 milyon avro məbləğində məvacib təklifi qarşılığında “Napoli” 5 milyon avro məbləğində maaş təklif etsə də, polyak futbolçu Neapolu tərk etmək haqda qərarını dəyişməyib.