"Sumqayıt"ın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçirəcəyi ilk oyun bəlli olub.
Sportnet.az xəbər verir ki, komanda Misli Premyer Liqasının 21-ci turunda "Neftçi"ni bu arenada qəbul edəcək. Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Fevralın 4-də keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.