
Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi "Milan"dan Rade Kruniçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bosniya və Herseqovinalı yarımmüdafiəçi dünən gecə İstanbula gedib. Tibbi müayinədən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Milan" Rade Kruniçi 2019-cu ilin yayında "Empoli"dən transfer etmişdi. 30 yaşlı futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində 14v rəsmi matçda meydana çıxıb.