Türkiyə Superliqasında 20-ci turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor" "Pendikspor"u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Qonaq komanda bərabərlik qolunu 90+4-cü dəqiqədə vurub.
"Hatayspor" - "Pendikspor" - 1:1
Qollar: Rivas, 47 (1:0), Kappel, 90+4 (1:1)
Renat da bu görüşdə iştirak edib. O, start heyətdə çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 20 turdan sonra 21 xal toplayan "Hatayspor" turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. "Pendikspor" 16 xalla 19-cudur. Turnir cədvəlinə 50 xalla (19 oyun) "Fənərbaxça" başçılıq edir.