Azərbaycanlı futbolçu Sərtan Taşkının yeni komandası "Manisa" Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, 18-ci turun oyununda rəqib "Kocaelispor" olub. Görüş "Manisa"nın qələbəsiylə başa çatıb - 2:1.
Sərtan bu görüşün iştirakçısı olub. Müdafiəçi start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Bu, Sərtanın "Manisa"dakı ilk matçı olub.
Bu nəticədən sonra "Manisa" 22 xalla 10-cu sıradadır. "Kocaelispor" isə 33 xalla 3-cüdür.
Xatırladaq ki, Sertan Taşkın bir neçə gün əvvəl "Turan Tovuz"dan "Manisa"ya keçib. O, yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb.