"Mançester Siti"nin qapıçısı Ederson FİFA tərəfindən 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.
Sportnet.az xəbər verir ki, o, hazırda davam edən "The Best" mükafatlandırma mərasimində qalib elan olunub.
Edersondan başqa bu ada Tibo Kurtua ("Real", Belçika millisi ) və Yassin Bunu ("Əl-Hilal", Mərakeş millisi) da namizəd idi.
Qeyd edək ki, Ederson bu mövsüm "Mançester Siti"nin heyətində 26 matçda iştirak edib, 24 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb. Braziliya millisinin də üzvü olan qolkiper 2023-cü ildə "Mançester Siti" ilə İngiltərə Premyer Liqasının, İngiltərə kubokunun və Çempionlar Liqasının qalibi olub.