Azərbaycan millisinin üzvü Ramil Şeydayevin "Kocaelispor"a (Türkiyə) keçidi tamamlanmaq üzrədir.
Sportnet.az xəbər verir ki, bu barədə "Demokrat Kocaeli" qəzeti məlumat yayıb. 27 yaşlı hücumçu sabah səhər saatlarında Kocaelidə olacaq. O, tibbi müayinədən keçdikdən sonra komandaya qoşulacaq.
"Kocaelispor" Şeydayevlə 1,5 illik müqavilə imzalayacaq. 1-ci liqa təmsilçisi bu müddət ərzində Ramilə ümumilikdə 850 min avro maaş ödəyəcək.
Xatırladaq ki, R.Şeydayevin son klubu "Buriram Yunayted"dir. O, "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted"lə 2 illik müqavilə imzalamışdı.
Qeyd edək ki, “Kocaelispor” Türkiyə 1-ci liqasında 18 turdan sonra 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.