Argentina millisinin futbolçuları Lionel Messi və Anxel Di Mariya Parisdə keçiriləcək Yay Oyunlarında öz ölkələrinin olimpiya yığmasında çıxış etməyi planlaşdırırlar.
Sportnet.az xəbər "DSports"a istinadən xəbər verir ki, Argentina yığması turnirin final mərhələsinə vəsiqə qazana bilsə, o zaman Messi və Di Mariya böyük ehtimalla Olimpiadada çıxış edəcəklər.
Xatırladaq ki, sözügedən futbolçular Olimpiya çempionlarıdır. 2008-ci ildə onlar və Argentina yığması Pekin Olimpiadasında turnirin qalibi olublar.