Türkiyə Superliqasında 21-ci turun oyunları davam edir.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün səfərdə "Kasımpaşa"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana daxil olub.
"Kasımpaşa" - "Hatayspor" - 3:0
Qollar: Klaudio, 74, Da Kosta, 79, Payız, 89
21 turdan sonra 21 xal toplayan "Hatayspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.