
İspaniyanın “Atletiko” klubu heyətinə yeni futbolçu qatıb.
Sportnet.az xəbər verir ki, Madrid təmsilçisi qapıçı transfer edib.
Rumıniya millisinin və “Rapid”in 26 yaşlı qolkiperi Horvatiu Moldovan La Liqa klubuna keçib. Onunla 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Moldovan ötən ildən Rumıniya millisinin əsas qapıçısıdır.