"Bavariya" "Qalatasaray"ın futbolçusu Saşa Boeyi transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı sağ cinah müdafiəçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Saşa bu mövsüm Türkiyə Superliqasında 19 oyun keçirib və 1 qol vurub. Futbolçu UEFA Çempionlar Liqasında 12 matça çıxıb, 1 dəfə fərqlənib. "Transfermarkt" internet portalı kamerunlu müdafiəçinin bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.