
İtaliyanın "Milan" klubunun nümayəndəsi Ernesto Bronsetti İspaniya "Real Madrid"i ilə baş məşqçi Karlo Ançellottinin müqaviləsinin ləğvi barədə razılığa gəlib. Sportnet.az-ın "gianlucadimarzio.com"a istinadən məlumatına görə, danışıqlar bu yaxınlarda aparılıb.
Bu gün "Kral klubu"nun prezidenti Florento Peresin klub nümayəndələri ilə müzakirələrdən sonra təcrübəli mütəxəssislə müqavilə ləğv ediləcək.
Bu gün "Kral klubu"nun prezidenti Florento Peresin klub nümayəndələri ilə müzakirələrdən sonra təcrübəli mütəxəssislə müqavilə ləğv ediləcək.
İtaliya mətbuatının yaydığı xəbərə görə, "Milan" transferlər üçün Ançelottiyə 150 milyon avro ayırmağa hazırdır. Onun kluba gələcəyi təqdirdə "Monako"nun hücumçusu Radamel Falkao, "Torino"dan müdafiəçi Matteo Darmian və PSJ-dən Zlatan İbrahimoviçin də keçidi mümkünləşə bilər.