UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, baş tutan 4 görüşün ardından yarımfinalçılar müəyyənləşib.
Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbağça” öz meydanında Yunanıstan klubu “Olimpiakos”la qarşılaşıb. Əsas və əlavə vaxtı 1:0 başa çatan görüşdə qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan qonaqlar adını yarımfinala yazdırıblar.
Bundan başqa, "Aston Villa", "Fiorentina" və "Brügge" komandaları da növbəti mərhələyə yüksəliblər.
Qeyd edək ki, yarımfinalda “Aston Villa” və “Olimpiakos”la, "Fiorentina" isə "Brügge" ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları
18 aprel
20:45. “Fiorentina” (İtaliya) – “Viktoriya” (Çexiya) - 2:0
İlk oyun - 0:0.
20:45. “Lill” (Fransa) – “Aston Villa” (İngiltərə) - 2:1 (PENALTİLƏR SERİYASINDA - 3:4)
İlk oyun - 1:2.
23:00. “Fənərbağça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 1:0 (PENALTİLƏR SERİYASINDA -2:4)
İlk oyun - 2:3.
23:00. PAOK (Yunanıstan) – “Brügge” (Belçika) - 0:2
İlk oyun - 0:1.