UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edib.
Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Münhendəki ilk matçda heç-heçə (2:2) qeydə alındığından "kral klubu" finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olub.
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00. "Real" (İspaniya) - "Bavariya" (Almaniya) - 2:1
Qollar: Xoselu, 88; 90+1 - Alfonso Deyvis, 68
İlk oyun: 2:2