Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
Sportnet.az xəbər verir ki, final qarşılaşmasında "Aznur” və “Birbaşa Bakı" komandaları üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında keçirilən görüş ikincilərin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Birbaşa Bakı" kollektivi ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, günün ilk oyununda “Real Bakı" "Odlar Yurdu”nu 3:1 hesabı ilə məğlub edərək çempionatın bürünc medallarını qazanıb.