
Rusiya millisinin Belarusla yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, yığmaya 26 futbolçu dəvət olunub.
Onların arasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov da var. 33 yaşlı qolkiper bu ilin martında da ölkəsinin millisinə dəvət almışdı.
Qeyd edək ki, Belarus - Rusiya oyunu iyunun 7-də Minskdə keçiriləcək.