“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Sabah” klubunun baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü barədə danışarkən deyib.
O bildirib ki, İsrailin “Makkabi” (Hayfa) klubu cütün favoriti hesab olunur: “Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Sabah” İsrail təmsilçisi ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də evdə keçirəcək.