1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Boş yerə gərilirsiniz, cənablar!"
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Yozef Blatterin yenidən FİFA prezidenti seçilməsi ilə bağlı şərh verib. Sportnet.az-ın məlumatına görə, bu barədə Kadırov şəxsi instagram səhifəsində yazıb.
O, fikirlərini belə ifadə edib: "Harada Putin, orada qələbə! Yozef Blatterin FİFA-nın prezidenti seçilməsinə belə şərh vermək istərdim. ABŞ-ın və İngiltərənin DÇ-2018-in Rusiyada keçirilməsini belə həyasız təxribatla qarşısını almaq istəyi baş tutmadı. Londonda hələ də xəcalət çəkmədən Blatterin bu vəzifədə 1 ildən artıq qalmayacağını, Rusiyada keçiriləcək dünya çempionatını isə boykot etməyin gərəkliyindən danışırlar. Boş yerə gərilirsiniz, cənablar!"
Kadırov onu da bildirib ki, Rusiya heç nəyə baxmayaraq dünya çempionatına layiqincə ev sahibliyi edəcək: "Sizin dünya futbolunu milliləşdirmək, London və Vaşinqtona itaət etdirmək cəhdləriniz alınmayacaq. Milli liderimiz belə qaydalarla oynamır, onun üçün idman, milyonlarca azarkeşlərin və futbolçuların maraqları daha önəmlidir. Millətlər bunu görür və buna görə onu dəstəkləyirlər. Yaşasın Rusiyada keçiriləcək dünya çempionatı!"