
Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşib.
Sportnet.az xəbər verir ki, turnirin son qalibi "Qarabağ" 1/8 finalda I divizonun lideri "Qaradağ Lökbatan"ı mübarizədən kənarlaşdırmaqla buna nail olub.
"Ağ-qaralar" "Bakcell Arena"da baş tutan dueldə I divizionun autsayderi "Zaqatala"dan güclü olublar 5:0. Meydan sahiblərinin heyətində Daniel Seqoviya het-htrik edib. Digər qollara isə Uqo Barqasla Emin Mahmudov imza atıblar.
Növbəti mərhələdə ilk matçını səfərdə keçirəcək "Neftçi" "Zirə" - "Xəzər" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 10-11, cavab görüşləri isə 14-15 dekabrda keçiriləcək.
-----------
Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsi start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
Azərbaycan Premyer Liqasının lideri "Qarabağ” I divizinonda ilk pillədə qərarlaşan "Qaradağ Lökbatan”ı sınağa çəkəcək. "Neftçi” isə aşağı dəstədə son sırada yer alan "Zaqatala”nı qəbul edəcək.
Qeyd edək ki, 1/8 finalın digər 6 qarşılaşması noyabrın 29-da keçiriləcək. Reqlamentə əsasən, qalib bir oyunla müəyyənləşir.
Azərbaycan Kuboku
1/8 final
28 noyabr (çərşənbə axşamı)
16:00. "Qarabağ” – "Qaradağ Lökbatan” 2:0
Qollar: Əfran İsmayılov, 58. Pedro Enrike, 81
Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Nahid Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "Azersun Arena”
17:00. "Neftçi” – "Zaqatala” 5:0
Qollar: Daniel Seqoviya, 8; 35; 54. Uqo Barqas, 50. Emin Mahmudov, 59
İstifadə olunmayan penalti: Uqo Barqas, 50
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Mehman Mahmudov, Etibar Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "Bakcell Arena”