"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının yarımfinal mərhələsində "Roma"nı məğlub edərək (2:0, 2:2) finala yüksəlmələrinə münasibət bildirib.
Spornet.az xəbər verir ki, UEFA onun sözlərini belə çatdırıb:
"Avropa Liqasının finalına çıxdığımız üçün xoşbəxtik. İndi biz bir həftə ərzində iki final matçından mübarizə aparmalıyıq. AL-in yarımfinalında xarakter göstərdik. Oyundan sonra uşaqların gözlərinə baxdım və hiss etdim ki, onlar daha artığını istəyirlər. Hələ üç titul qazanmaq şansımız var və mənim uşaqlarım trebli haqq edirlər".