Azərbaycanın bədii gimnastika üzrə milli komandasının məşqçisi Yevgeniya Jidkova ailə həyatı qurub.
Sportnet.az-ın məlumatına görə, mütəxəssisin toyu Bakının şadlıq evlərindən birində gerçəkləşib. Toyda gimnastlar, federasiya rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyası gimnastika ictimaiyyəti adından Yevgeniya və həyat yoldaşı Nikitanı təbrik edib.