
İdman gimnastikası üzrə 4 qat olimpiya çempionu Simona Baylz "Handstand challenge"də iştirak edib.
Sportnet.az xəbər verir ki, ABŞ-dan olan qadın gimnast əl üstündə duraraq, əynindən şalvarını çıxarıb. Baylz bu zaman heç yerə söykənməyib.
Qeyd edək ki, Simona Baylz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, dünya çempionatları tarixində rekord sayda - 19 dəfə qızıl medal qazanıb. Bunlardan 5-i mütləq çempionluqdur. Baylzın olimpiya və dünya mükafatlarının sayı ümumilikdə 30-dur. Bu göstəricidə o, yalnız əslən Ukraynadan olan keçmiş SSRİ idman gimnastı Larisa Latıninadan (34) geri qalır.