
Monakoda Avropanın ən yaxşı futbolçusu açıqlanıb. Sportnet.az-ın məlumatına görə, tədbir iştirakçılarının səsləri əsasında "Barselona" və Argentina millisinin hücumçusu Lionel Messi 2011-ci ildən sonra yenidən Avropanın ən yaxşısı olub.
Bu titul uğrunda "Real Madrid"in hücumçusu Kriştianu Ronaldu ilə "Barsa"nın daha bir qolçusu Luis Suares də mübarizə aparıb.