Yamaykalı sprinter Useyn Bolt atetika üzrə 11 qat dünya çempionu olub. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı idmançı Çinin paytaxtı Pekində keçirilən mötəbər yarışda 4X100 metr məsafəyə estafet qaçışında bu uğuru əldə edib.
Nesta Kartera, Asafa Pauell və Nikel Aşmedin də yer aldığı onun komandası finişə 37,36 saniyəyə çatıb. İkinci yeri 37,36 saniyə nəticə ilə tərkibi Treyvon Brommel, Castin Qatlin, Tayson Gey və Mayk Rocersdən ibarət ABŞ millisi, üçüncü yeri isə 38,01 saniyə göstəriciyə malik və heyətində Mo Tscyu, Si Çjenyi, Su Bintyan və Çjan Peymendən ibarət Çin yığması tutub.
Qeyd edək ki, Useyn Bolt daha öncə dünya çempionatında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini, o cümlədən, hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı sprinter Ramil Quliyevi də qabaqlayaraq, qızıl medal qazanıb.