"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu Azərbaycandakı məişət şəraitindən danışıb. Sportnet.az-ın məlumatına görə, Qəbələdə azərbaycanlı jurnalistlər üçün brifinq keçirən rumıniyalı mütəxəssis hələ yeni məkanla tanış ola bilmədiyini bildirib.
Muntyanu bunu vaxt azlığı ilə əsaslandırıb: "Sloveniyadakı təlim-məşq toplantısından yenicə qayıtmışıq. Qəbələyə gəlmək üçün uzun yol qət etdik. Yol yorğunluğu öz sözünü deyir. Həm də Avropa Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə oyunlarımızla əlaqədar işlər çoxdur. Vaxt azlığı ilə Qəbələ, klubun infrastrukturu ilə yaxından tanış ola bilməmişəm. Ancaq buna hələ vaxtım çox olacaq".
Yeni baş məşqçi ailəsini də yanına gətirəcəyini əlavə edib. O, Qəbələdə qalacaqlarını vurğulayıb: "Əlbəttə, ailəmin yolunu gözləyirəm. Ailə üzvlərim Avroliqa matçlarından sonra yanıma gələcəklər. Sadəcə, oteldə qalmaq istədiyimə əmin deyiləm. İstərdim ki, onlarla birgə ayrıca bir yerdə qalım. Bununla bağlı variantları nəzərdən keçirəcəyik".
Qeyd edək ki, "Qəbələ" ilə "Şiroki Briyeq" arasındakı ilk oyun iyulun 3-də Qəbələdə, cavab görüşü bir həftə sonra Bosniya və Herseqovinada olacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |