1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Oleq Kononov: "Krasnodar"ı müalicə edirik"
"Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan öncə mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis "qırmızı-qaralar" barədə yüksək fikirdə olduğunu bildirib...
- Bizi çətin oyun gözləyir. Çünki "Qəbələ" yaxşı qurulmuş oyunu və mütəşəkkilliyi ilə seçilən çox səviyyəli komandadır. Balanslaşdırılmış heyəti - yaxşı legionerlərimiz və yerli futbolçuları var. Bəzilərini tanıyıram, onlarla birgə işləmişəm. Bizdən maksimal konsentrasiya və əlbəttə, böyük qələbə əzmi, habelə, həm hücumda, həm də müdafiədə keyfiyyətli oyun tələb olunur. O zaman nəticə olacaq.
- Rəqibin heyətində kimi tanıyırsınız: Bu oyunçuların hansı üstünlükləri var?
- İlk növbədə, Floreskunu tanıyıram. Rumıniyalı futbolçudur, Rusiya çempionatında çıxış edib. Habelə, Sergey Zenyovla "Karpatı"da işləmişəm. Ötən il o, Moskva "Torpedo"sunda çıxış edib. İndi isə "Qəbələ"də yaxşı oynayır, vacib qollar vurur. Bu səbəbdən, Zenyova xüsusi diqqət ayırmaq lazımdır. Məşqçi kimi Ukraynada keçirdiyim matçlardan Antonov, Qay, Vernidub, qapıçı Bezotosnı ilə tanışam. Bunlar yaxşı məktəb keçiblər, Ukraynada aparıcı futbolçu olurlar. Bir çoxu yığmalarda çıxış edib və hazırda da oynayır. Bunlar mənim tanıdıqlarımdır. Komandada Latın Amerikasından olan oyumçular da var ki, onları da izləmişəm və çox güclüdürlər.
- Futbolçulara oyunla bağlı hansı tapşırığı verəcəksiniz?
- Oyuna qurduğumuz taktika tam aydındır. Biz evdə oynayırıq. Qrupdan çıxma vəzifəsini yerinə yetirmək üçün öz meydanımızda bütün rəqiblərə qalib gəlməliyik. Buna görə də bir nömrəli vəzifə qələbə olacaq. Qalan məsələlər nüanslardır və yalnız futbolçular biləcəklər.
- Qorxmursunuzmu ki, oyun İjevsk "Zenit"i ilə Rusiya Kubokunun 1/16 final matçındakı kimi üzücü olacaq? Həmin vaxt azarkeşlər qolu 85 dəqiqə gözləmişdilər. Komandanız "Qəbələ"ni qrup autsayderi kimi dəyərləndirib oyuna sonadək köklənə bilməyəcək?
- Sizinlə əsla razı deyiləm. "Qəbələ"ni İjevsk "Zenit"İ ilə müqayisə etmək istəməzdim. Bu rəqiblər fərqli səviyyəlidirlər. Əvvəllər də "Qəbələ"nin çox güclü komanda olduğunu demişəm. Azərbaycan klubunun hazırkı nəticələri, "Panatinaikos"u "pley-off"da üstələyərək, qrup mərhələsinə vəsiqə qazanması çox şeydən xəbər verir. Habelə, "Qəbələ"nin PAOK-la matçına baxmışam. Amma müəyyən ərazi üstünlüyü istisna olmaqla, Yunanıstan komandalarının üstünlüyünü görməmişəm.
- "Krasnodar"In son zamanlar elə də uğurlu nəticələrini görmürük. Səbəb nədir?
- Biz də sizinlə birgə müalicə edirik. İstədiyimiz oyunu göstərmədiyimizin fərqindəyik. Amma bizdən gözlənilən oyunu zaman-zaman sərgilədiyimiz matçları və epizodları da qeyd edə bilərəm. Hazırda həm oyunçu, həm də məşqçilər heyəti olaraq, müəyyən çatışmazlıqlarımızın olduğunu bilir və bunun üzərində çalışırıq. İşləsən, nəticə də gələcək. Biz hamımız birik və nəticənin mümkün qədər tez gəlməsini istəyirik.
- Demişdiniz ki, legionerlərə qoyulan limit üzündən əcnəbi futbolçular qapaq altındadırlar. Onların Avroliqa matçına çıxa biləcəklərini nəzərə aldıqda, psixoloji durumlarını necə dəyərləndirirsiniz?
- Hər bir legioner nəticə vermək üçün meydanda ən yaxşılardan olmaq istəyir. Bu, həm də onlardan tələb olunur. Nə isə qaydasında getmədikdə hər zaman müəyyən həyəcan, özünə inamsızlıq yaranır. Amma yenə deyirəm, biz birgə çalışırıq. Hər bir futbolçu anlayır ki, nəyə görə klubdadır və onun bütün cəhdləri aydındır: daha yaxşı oynamaq, komandaya xeyir vermək. Həm çempionatda, həm də Avropa Liqasında həmişə bəxt amilinin rolu var. Bu səbəbdən, biz hər gün keçirdiyimiz məşqlərdə və oyunlarda uğura nail olacağıq. Bunu daim deyəcəyəm: İnsan çalışırsa, özünü həmişə tapır.
– Planlı məşqlərdən başqa oyununuzda köklü dəyişikliklər edəcəksiniz: Bəlkə rotasiya aparasınız?
- Köklü heç nəyi dəyişməyəcəyik. Yalnız bacardığımız dəyişiklikləri edirik. Müəyyən oyun prinsiplərimiz, məşq etdiyimiz və hər zaman edəcəyimiz futbol çalışmaları var. Gözəl kombinasiyalı, pressinqli və bir neçə ötürmədən ibarət hücum futbolu görmək istəyirik. Biz belə oyundan sapmamalıyıq.
- Demişdiniz ki, "Krasnodar" "Qəbələ" ilə oyunda pik nöqtəsində olacaq. Hazırda hansısa irəliləyişlər var?
- Fikrimcə, var. Futbolçularla hər gün işlədikcə dəyişiklikləri görürəm. Mənim üçün vacibdir ki, onlar bunu oyunda göstərsinlər və siz də görəsiniz.