1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Qalatasaray"ın sabiq prezidentinin yaxtası yandı
Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Ünal Aysalın 25 milyon avro dəyərindəki yaxtası yanıb. Sportnet.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Muğlanın Marmara bölgəsindəki limanda baş verib.
Yerli saatla 04:30-da çıxan yanğında 2 yaxtaya zərər dəyib, Ü.Aysalın "Barbie" adlı yaxtası isə yanaraq kül olub. 4 saatdan sonra yanğın söndürülüb.
Qeyd edək ki, ilk dəfə 2006-cı ildə suya buraxılan və əvvəlki adı "Al Hanem" olan yaxtanın eni 9.20 metrdir. Sabiq klub prezidenti eyni anda 14 nəfərin qonaq ola biləcəyi gəmini 2011-ci ildə alıb.