1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-nın ilk prezidenti üçün əlamətdar gün
Bu gün AFFA-nın ilk prezidenti Fuad Musayevin 78 yaşı tamam olur. F.Musayev Sportnet.az-a açıqlamasında müalicədən yeni qayıtdığını və hazırda özünü normal hiss etdiyini bildirib.
Hələ də tədbirlərdən kənarda qalmadığını deyən sabiq prezident yanvarın 9-da veteran futbolçu Valeri Hacıyevin dəfn mərasiminə qatıldığını vurğulayıb: "Həmin tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdük, söhbətləşdik. O cümlədən, futbol ictimaiyyətinin bir çox tanınmış nümayəndəsi ilə hal-əhval tutduq. Nə deyim? Yavaş-yavaş qocalırıq. İnşallah, 80 yaşımızı yüksək səviyyədə qeyd edərik".
Qeyd edək ki, Fuad Musayev 1992-ci ildən 2013-cü ilin sonlarınadək ölkənin futbol təsərrüfatına rəhbərlik edib. O, 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. 12 yaşından idmanla məşğul olan F.Musayev futbol və voleybol oynamağa başlayıb. 1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin I müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşımışdır. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib, 1983 - 1988-ci illərdə Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışıb. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.
Azərbaycan müstəqillik əldə edəndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib.
Hazırda təqaüddə olan F.Musayevin 1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.