FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Belarus U-19 oyunundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, millinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşan qarşılaşma haqda Həsənov bunları deyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Pis oynamadıq. Sonda yorğunluq sözünü dedi. Hesabda öndə olanda da müdafiə barədə düşünmürdük. Daha əvvəl də demişdim ki, bu turnirə Avropa çempionatına hazırlıq mərhələsi kimi baxırdıq. AFFA rəhbərliyi də komandanın uğurlu çıxışı üçün əlindən gələni edir. Ümumi götürdükdə, 7-ci və 8-ci olmaq arasında ciddi fərq yoxdur. Buraxdığımız ikinci qola görə qapıçını günahlandırmaq istəməzdim. Futbol səhvlər oyunudur"