"Mançester Yunayted” klubunun keçmiş kapitanı və İrlandiya
millisinin köməkçi məşqçisi Riy Kin azarkeşlə dalaşıb. Sportnet.az-ın
məlumatına görə, hadisə Qlazqo şəhərində baş verib.
Belə ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində
İrlandiya millisinin Şotlandiya ilə oyunundan öncə Roy Kin komandanın
yerləşdiyi otelin yaxınlığında fanatla mübahisə edib. Onların arasında dava
yaranıb və azarkeş yerə yıxılıb. Hadisə yerinə polis çağrılıb və araşdırmaların
getdiyi bildirilir.
Lakin hadisə ilə bağlı futbolçuya qarşı hələlik heç
bir iş açılmayıb. Əgər azarkeş məşqçiyə qarşı hər hansı rəsmi ittiham irəli
sürərsə, o zaman Kin polis idarəsinə gələrək ifadə verməli və millinin 14 noyabr tarixindəki oyununu
buraxmalı olacaq.
Qeyd edək ki, Roy Kin "Mançester Yunayted” klubunun heyətində 1993-2005-ci illər ərzində forma geyinib. İrlandiyalı "qırmızı-şeytanlar”ın heyətində kapitan sarğısını daşımış və klubun tarixində ən yaxşı yarımmüdafiəçi kimi iz buraxmışdır.