Dünən
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Norveçə məğlub
oldu. Sportnet.az-ın məlumatına görə, komandamızın futbolçusu Mahir Şükürov
oyun haqda fikirlərini bölüşüb.
Müdafiəçi oyun zamanı çox səhv etdiklərini bildirib: "Məncə, oyun maraqlı keçdi. Düşünürəm ki, xal ala bilməsək də, özümüzü yaxşı tərəfdən göstərə bildik. İndi diqqətimizi növbəti matçlara yönəltmişik. Ümumiyyətlə isə biz cərimə meydançası yaxınlığında və künc zərbələrində çox səhv buraxdıq. Bu rəqibin güclü tərəfidirsə, bizim isə əksinə, zəif tərəfimizdir. Bu komponentlərin üzərində çalışmalıyıq ki, növbəti qarşılaşmalarda belə səhvlər etməyək. Düşünürəm ki, baş məşqçinin günahı yoxdur. Azarkeşlərə isə dəstəklərinə görə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, millimiz Norveçlə matçda minimal hesabla məğlub olub – 0:1.