
FİFA referisi Rəhim Həsənov yeni təyinat
alıb. Sportnet.az-ın məlumatına görə, Həsənov UEFA Çempionlar Liqasının qrup
mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil
olunan UEFA Gənclər Liqası matçında əsas hakim olacaq.
H qrupunda mübarizə aparan "Şaxtyor” (Donetsk,
Ukrayna) və "Atletik Bilbao" (İspaniya) komandalarının oyunu noyabrın
25-də Ukraynanın Lvov şəhərində keçiriləcək.
Bu oyunda Rəhim Həsənova Yaşar Abbasov və Nahid Əliyev kömək edəcək.