"Bavariya”
klubunun futbolçusu Filip Lam məşqdə zədələnib. Sportnet.az-ın məlumatına görə,
bu barədə Münhen klubunun rəsmi internet səhifəsində məlumat verilib.
Futbolçunun məşqdə zədələndiyi və 3 ay yaşıl meydanlardan uzaq qalacağı
deyilir. Onun məşq zamanı ayağının burxulduğu qeyd edilib.
Komandanın həkimi futbolçunun ayağında qırıq olduğunu bildirib. Yaxın günlərdə
Lamın əməliyyat olunması gözlənilir.