İngiltərədə
keçirilən futbol qarşılaşmasında inanılmaz bir hadisə olub. Sportnet.az-ın
məlumatına görə, oyuna girməyə hazırlaşan yeniyetmə futbolçu başından güllə ilə
vurulub.
U-12
komandaları arasında keçirilən qarşılaşma zamanı meydanın kənarında oyuna
girməyə hazırlaşan 11 yaşlı futbolçu başından vurulub. Hadisə baş verən an
başına daş dəydiyini düşünən futbolçu, dostlarının başında güllə olmasını xəbər
etməsindən sonra qanlar içində ailəsinə tərəf qaçıb.
Həyati
təhlükəni geridə qoyan yeniyetmənin tüfənglə atılan güllənin bir az da aşağıdan
dəyəcəyi təqdirdə kor ola biləcəyi bildirilir. Əməliyyatla güllə çıxarılıb.
Aparılan araşdırma nəticəsində hadisə ilə bağlı 14 yaşında 3 uşağın
saxlanıldığı bildirilir.