UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 27-də
keçiriləcək "Sent-Etyen" - "Qarabağ" matçının hakimləri
müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu
qarşılaşma islandiyalı hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Kristinn Yakobsson olacaq.
Ona Siqurdur Oli Torleifsson və Qunnar Sverrir Qunnarsson köməklik
edəcək. Qalfi Mar Siqurdsson isə dördüncü hakim funksiyasını yerinə
yetirəcək.
Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" matçı noyabrın 27-də, saat 00:05-də başlayacaq.