Fransanın
şimalında yerləşən Marli-Qamont qəsəbəsinin eyni adlı komandası maraqlı hadisə
ilə diqqət mərkəzinə düşüb. Sportnet.az-ın məlumatına görə, "Marli-Qamont”
klubunun qapıçısı qeyri-adi hərəkəti ilə yadda qalıb.
Bazar
Liqası adlanan həvəskar liqada mübarizə aparan "Marli-Qamont” klubu "Tupiqni”
ilə qarşılaşmada 20:0 məğlub olub. Ancaq oyunda hesabdan çox qapıçının hərəkətləri yadda qalıb. Komandanın qapıçısı eyni zamanda həm də fermerdi. Matçın 25-ci
dəqiqəsində telefonun zəng gələn qapıçı inəyinin özəl labaratoriya doğuş
etdiyini örgənincə meydanı tərk edib.
Komanın heyətində 14 futbolçu zədəli, digər 4 futbolçu da 16 yaşında olduğundan
qapını 61 yaşındakı komandanın prezidenti qorumalı olub. 25 dəqiqəyə 5 qol
buraxan komanda bundan sonra daha 15 qol burxaraq məğlub olur.
"Tupiqni” komandasının futbolçuları isə oyundan sonra rəqiblərini göstərdikləri nümunəvi davranışlarına görə təbrik ediblər.