Özbəkistanın
paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil edilən beynəlxalq turnirdə iştirak
edən futzal üzrə milli komandamızın heyətində dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, son məşqdə zədələnən
Seymur Məmmədov heyətdən çıxarılıb.
Onun əvəzinə isə heyətə "Fənərbağça” komandasının üzvü Vitali Borisov dəvət
olunub.
Qeyd edək ki, beynəlxalq turnir dekabrın 1-dən 4-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil ediləcək.