Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus Fransanın "Lans" klubu
azarkeşlərinin davranışı ilə əlaqədar bəyanat yayıb. Sportnet.az-ın məlumatına
görə, klubun saytında yerləşdirilən rəsmi açıqlamada "sarı-qırmızılar"ın
hazırda çətin dönəmdən keçdiyi, narazılıq və etirazların başadüşülən olduğu
bildirilib.
Qeyd olunub ki, Fransa çempionatının ötən turunda "Mets”lə
qarşılaşmada fanatlardan bəziləri matçı yarımçıq saxlamaq üçün meydana tüstü
bombaları ataraq qarışıqlıq yaratmaq istəyiblər. Bəyanatda belə hərəkətlərin
klub üçün ağır nəticələr verəcəyi, 0:3 hesablı texniki məğlubiyyət, komandanın
aktivindən xalların silinməsi və boş tribunalar qarşısında oynamaq kimi ciddi
cəzalalarla nəticələnəcəyi bildirilib. Həmçinin rəhbərlik, işçilər və
futbolçuların komandanın gələcəyinin parlaq olması üçün müvafiq işlər gördüyü
vurğulanıb. Komandanı məhv etməyə çalışanların isə klub tərəfindən əfv
olunmayacaqları bildirilib.
Sonda "Lans” klubunun hansısa azlığa aid deyil, region üçün
ayrılmaz hissə olduğu vurğulanıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |