Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında yığmamızın baş məşqçi postuna təsdiqlənən Robert Prosineçki media nümayəndələrinin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı xorvatiyalı mütəxəssis Azərbaycanda yaşayacağını və mətbuata açıq olacağını da vurğulayıb.
- Yerli köməkçiləriniz məlumdur?
- Hələ adlar deyə bilmərəm. İlin sonunadək görüşlər keçirərək, adları açıqlayacağam.
- Yerli məşqçilərlə məsləhətləşmələr aparacaqsınız?
- Mən daim burada olacaq, stadionlardan oyunları canlı izləyəcəyəm. Məşqçilər korpusu ilə daim ünsiyyətdə olacaq, fikirlərini öyrənəcəyəm.
- Gəlməmişdən öncə Azərbaycan futboluna bələd idiniz?
- Məlumatım vardı, Xorvatiya – Azərbaycan matçını izləmişdim. Qışda Antalyada klubların hazırlıqlarını izləyəcəyəm. İstedadlı gənc futbolçu az deyil, ad çəkmək istəmirəm. "Neftçi”, "İnter” və "Qarabağ”da milliyə kömək edə biləcək futbolçular var.
- Berti Foqtsdan sonra milli ilə işləməyin çətin olacağını anlayırsınız?
- Oyunçu və məşqçi kimi optimist olmuşam. Komandanın az yox, çox potensialı var. Onun üzərində işləyəcəyik. İndiyədək gördüyümüzdən daha yaxşı oyun sərgiləyə bilərik. 4 məğlubiyyətdən sonra ola bilsin, oyunçuların psixoloji durumu yerində deyil. Bunun üzərində işləyəcəyik. Futbolçular da özlərinə inanmalıyıq.
- Millidə hansı oyun tərzini seçəcəksiniz?
- Mən gözəl futbol oynamaq istəyirəm. İndiyədək müdafiə futbolu olub. Bundan sonra hücum futbolu oynamalıyıq. Texnikalı futbolçular çoxdur. Dağıdıcı yox, hücumameylli oyuna üstünlük verəcəyəm. Bu, asan olmayacaq. Amma potensialı görürəm və bunun üzərində işləyəcəyəm.
- Gənc futbolçuların millidə oynamaq şansları nə qədərdir? Təcrübəli futbolçulara üstünlük verəcəksiniz, yoxsa gənclərə?
- Hər bir futbolçunun millidə oynamaq imkanı var. Bütün oyunları izləyəcək, futbolçularla söhbət edəcəyəm. Sözsüz ki, yeni futbolçular cəlb edəcəyəm. Amma bu, təcrübəli oyunçuların qalmayacaqları anlamına gəlməməlidir. Biz hücum futbolu sərgiləyəcəyik.
- Aşağı yaş qrupları üzrə yığmaların eyni fəlsəfə ilə davam etməsinə qərar veriləcək?
- Uşaq və gənclər futbolu mənim üçün çox vacibdir. Bütün oyunları izləyəcəyəm. Bu barədə baş katiblə danışacağam. U-21-in baş məşqçisinin kimliyi də milli üçün çox vacibdir.
- Komanda son 4 oyunda məğlub olub. Azarkeşlər millidən xal gözləyir. Bu sizi qorxutmur?
- Mənoptimistəm. İnanmasaydım,
burda olmazdım.
- Milli
ilə tanışlıq nə vaxt olacaq?
- Bu barədə bir söz deyə bilmərəm. U-21 əsas
yığmaya çox yaxındır. Soruşsalar, təklifimi verəcəyəm. Ayın sonunadək burdayam.
Klublarda boş vaxt olsa, görüşəcəyəm. Yanvarda Antalyada bütün oyunçularla
görüşəcəyəm. Fevralın axırında isə təlim-məşq toplantısına yığışacağıq.
- Foqtsun
vaxtında yerli-yersiz təlim-məşq toplantıları klubların narazılıqlarına səbəb
olurdu. Sizin də belə fikriniz var?
- Yəqin ki, Foqts millini düşüünüb. Bunun üçün
mən klublardakı həmkarlarımla görüşməli, analiz aparmalıyam. Maltaya qarşı
kimin oynamalı olduğunu bilməliyik.
- Azərbaycanlı
futbolçuların Xorvatiya klublarına keçidində rolunuz ola bilər?
- Ümid edirəm ki, milli üzvləri güclü
çempionatlarda çıxış edəcəklər. Gördüklərim güclü çempionatlarda çıxış etməyə
qadirdirlər. Amma Xorvatiya çempionatının bizdən güclü olduğunu deyə bilmərəm.