AFFA iyunun əvvəllərində yoldaşlıq oyunu keçirmək üçün Serbiya Futbol Federasiyası ilə danışıq aparır. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, danışıqlar müsbət nəticələnəcəyi təqdirdə görüş millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək.
Qeyd edək ki, oyun yığmamızın iyunun 12-də Norveç yığması ilə keçirəcəyi AVRO-2016-nın seçmə qrup mərhələsinə hazırlıq çərçivəsində nəzərdə tutulub.