
Klublar Komitəsi "İmStat" şirkəti ilə müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Klublar komitəsinin sədri Tuyğun Nadirov jurnalistlərə açıqlama verib. O bildirib ki, anlaşma 2 il müddətinə nəzərdə tutulub. Bu müqavilə klublara imkan verəcək ki, sözügedən şirkətlə sərfəli şərtlərlə əməkdaşlıq etsinlər.