"AFFA rəhbərliyinə çox təşəkkür edirəm. Bu gün U-19 yığmasına baş məşqçi təyin olunduğumu mənə bildirdilər. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum". Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Nazim Süleymanov deyib.
Veteran futbolçu yeni postunda görəcəyi işlərlə bağlı bunları bildirib: "Bildiyiniz kimi, seçmə mərhələnin oyunları noyabr ayında Bakıda olacaq. Qrupda Bosniya və Herseqovina, Ukrayna və Türkiyəyə qarşı mübarizə aparacağıq. Qrupdan iki komanda çıxacaq. Sual verə bilərsiniz ki, sizin məqsədiniz nədir? Bu haqda heç danışmağa ehtiyac yoxdu. İlk olaraq çalışacağıq ki, doğma meydanda baş tutan oyunlarda yüksək nəticə qazanıb, ilk mərhələni adlayaq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |