
"Real Madrid" klubunun futbolçusu Luka Modriç üçün mövsüm erkən bitib. Sportnet.az xəbər verir ki, ölkə çempionatında XXXII turun "Malaqa" ilə matçında zədə alan xorvatiyalı yarımmüdafiəçi mövsümün sonunadək yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Xorvatiya yığması AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. İki komanda arasındakı ilk görüşdə Luka Modriçin komandası qalib gəlib - 6:0. Bakıdakı görüş sentyabrın 3-də olacaq.
