Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən Namik Ələsgərov Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunub. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Futbolçu ilkin fizioterapiya kursunu keçib. 4-6 həftə sonra futbolçunun Almaniyada növbəti fizioterapiya kursu olacaq.
Qeyd edək ki, Namik Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.