"Doğrudan da çətin mübarizə idi. Əsasən son yoxuşda irəli atılmağa çalışdım və bu, məndə alındı". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Tour d Azerbaidjan-2015" beynəlxalq veloyürüşündə ümumi hesabda irəli çıxan Primoriç Roqliç deyib.
İdmançı İsmayıllıda qazandığın ikinci qələbəsinin əhəmiyyətli olduğunu söyləyib: " Bu qələbənin əhəmiyyəti çox böyükdür. Çünki bu, İsmayıllıda ikinci qələbəmdir. Buna yenidən nail olmaq üçün çox çalışırdım. Özümü çox xoşbəxt hiss edirdim. Yenidən lider köynəyini özümdə saxlamağa çox çalışacağam. Hərçənd, sprint mərhələsi çox ağırdır".

Matey Mügerli veloyürüşün ikinci mərhələsi haqda fikirlərini belə şərh edib: "Çox çətin mərhələ idi. İlk növbədə yoxuşlardan istifadə edərək irəli atılmağa çalışdıq. Komanda yoldaşlarım da məni çox dəstəklədi. Hansısa mərhələdə həmyerlimlə ayaqlaşmağa çalışdıq. Komandama yenidən yer tutduğum üçün çox sevinirəm".
İsmayıllının təbiətinə heyran qalan Kristofer Horner hisslərini belə ifadə edib: "Çox gözəl təbiətə valeh oldum. Çox maraqlı mübarizədə iştirak etdim. Ön qrupda ən güclü 16 velosipedçi təmsil olunurdu. Bir-birimizi dəstəkləyərək, ön pillələri qoruyurduq. Amma indiki halda bu, yaxşı nəticədir. Çünki cəmi bir günlük istirahət etmişdik".
Azərbaycanı "Tour d Azerbaidjan-2015" təmsil edən, ötən gün dağ yürüşünün qalibi olan Maksim Averin fikirlərini belə izah edib: "Əlbəttə, sprintdə mən daha güclüyəm. Aralıq finişində məqsəd qoyulmuşdu ki, köynəyi əldə etmək üçün irəli atılım. Dağ velosipedində lider olan idmançıları keçmək mənim üçün çətin idi. Şəxsi nailiyyətim önəmli deyil. Önəmlisi odur ki, komanda yoldaşım ikinci oldu. Amma hələ yarış davam edir. Mən də ən yaxşı sprinter köynəyini özümdə saxlamağa çalışacağam".
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d Azerbaidjan-2015"-ın ikinci mərhələsi İsmayıllıda davam edir.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d Azerbaidjan-2015"-ın ikinci mərhələsi İsmayıllıda davam edir.