AFFA FİFA prezidenti seçkisi öncəsi baş verənlərə münasibət bildirib. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında baş verənlərlə bağlı geniş danışmaq istəməyib.
O fikrini belə izah edib: "Gəlin, belə danışaq: Biz siyasətə qarışmırıq".
M.Nərimanoğlu "Seçkidə Yozef Blatterə, yoxsa Əli ibn əl-Hüseyni dəstəkləyəcəksiniz?" sualına isə "Bu, gizli səsvermədir. Mövqeyimizi indidən açıqlaya bilmərik" cavabını verib.
Qeyd edək ki, bu gün İsveçrənin Sürix şəhərində keçiriləcək FİFA-nın hesabat-seçki konfransında AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.